Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxaracaq

ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxaracaq


Birləşmiş Ştatlar Suriyanı terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxaracaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib. Ağ Ev rəhbəri Türkiyədə keçirilən NATO Zirvə Görüşü çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşündə belə deyib. Tramp ABŞ-ın Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxaracağını elan edib.

"Düşünürəm ki, bunu edəcəyəm. Niyə də etməyim? O, əla iş görüb. Bununla bağlı bir problem varmı? Düşünürəm ki, biz bunu etməliyik. Bəli, edəcəyəm", - deyə o əlavə edib.

Arzu
Xəbəri paylaş