
Çexiyanın paytaxtı Praqada yerləşən Azərbaycan Respublikasının Səfirliyi azərbaycanlı gənclərin nigah sevincinə şahidlik edib.

Newscenter.az səfirliyə istinadən bildirir ki, Orxan və Gülayın dostlarının əhatəsində nikah bağlayaraq Azərbaycan Evində ailələrinin təməlini qoyublar.

"Onlara səadət, sevgi, qarşılıqlı hörmət, sevinc və bərəkət dolu firavan ailə həyatı arzulayırıq. Xoşbəxt olsunlar!",-deyə səfirliyin məlumatında qeyd edilib.
Arzu












































