Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təyyarələrdə internetdən istifadə etmək olacaq

Təyyarələrdə internetdən istifadə etmək olacaq


Qazaxıstanda təyyarələrin hərəkəti zamanı internetdən istifadə etmək mümkün olacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, hazırda təyyarələrdə internet xidmətlərinin işə salınması məsələsini nəzərdən keçirilir.

Belə ki, nazirliyin Telekommunikasiya Komitəsi Air Astana və Viasat ilə birlikdə təyyarələrdə peyk internetinin tətbiqi məsələsini müzakirə edib. Uçuşlar zamanı sərnişinlərin yüksək sürətli internetlə təmin edilməsi layihəsinin həyata keçirilməsi imkanları araşdırılıb. Görüş zamanı təyyarələrin peyk rabitə sistemlərinə qoşulması ilə bağlı hüquqi, texniki və təşkilati məsələlər də nəzərdən keçirilib.

Görüşdən sonra tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər və birgə işləri davam etdirmək barədə razılığa gəliblər.

Bu texnologiyanın bu ilin dördüncü rübündə Air Astana təyyarələrində pilot rejimində sınaqdan keçirilməsi planlaşdırılır.

Süleyman
Xəbəri paylaş