
ABŞ və İran arasında mövcud hərbi əməliyyatların intensivliyi davam edərsə və Hörmüz boğazının açılmasında heç bir irəliləyiş olmazsa, qlobal neft qiymətləri ilin ikinci yarısında barrel üçün 95-120 dollar səviyyəsində olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Associated Press (AP) Bank of America analitiklərinə istinadən məlumat verib.
Hesabatda qeyd edilir ki, Hörmüz boğazında gəmiçilik bağlanmağa davam edərsə, neft qiymətləri bu səviyyədə qala bilər. Əgər eskalasiya Yaxın Şərqdəki əsas enerji infrastrukturuna ziyan vurarsa, neft qiymətləri barrel üçün 150 dollara qədər yüksələ bilər.
Bank of America-nın baza ssenarisi ilin ikinci yarısında orta hesabla neft qiymətinin barrel üçün 83 dollar olacağını ehtimal edir. Bu ssenari Hörmüz boğazından neft tranzitinin tədricən artacağını nəzərdə tutur.
Anar









































