
Özbəkistan Senatı Latın qrafikasına əsaslanan özbək əlifbasının təkmilləşdirilməsinə yönəlmiş qanunu təsdiqləyiblər.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, Senatın plenar iclasında "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" Özbəkistan Respublikası Qanununda dəyişikliklər edilməsi haqqında" qanun müzakirə olunub. Məsələ ilə bağlı çıxış edən Senatın Elm, Təhsil və Səhiyyə Komitəsinin sədri Odiljon Mamatkarimov ölkədə özbək dilinin inkişafı və dövlət dili statusunun möhkəmləndirilməsi üçün sistemli tədbirlər görüldüyünü qeyd edib. O, deyib ki, özbək dili beynəlxalq nüfuz qazanır.
Latın qrafikasına əsaslanan özbək əlifbasının 26 hərf əvəzinə 28 hərf və 1 durğu işarəsindən ibarət olacağı və 3 hərf kombinasiyası tətbiq ediləcəyi nəzərdə tutulur.
Yeni əlifbaya keçid prosesində vətəndaşların və təşkilatların hüquq və mənafelərini nəzərə almaq məqsədilə, mövcud əlifba əsasında buraxılan sənədlərin, milli valyutanın və qiymətli kağızların dövriyyəsinin 2026-cı ilə qədər dayandırılacağı müəyyən edilib.
Süleyman









































