
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə Sazişinə yeni ölkələr dəvət etmək üçün hazırda heç bir planı yoxdur, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü həftəlik brifinqdə bildirib.
"Dawn" qəzeti onun sözlərinə istinadən bildirib ki, "bu mərhələdə Məkkə Sazişinin genişləndirilməsi ilə bağlı heç bir müzakirə aparılmır".
Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, "Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı əvvəlcə <...> əməkdaşlığını daha da gücləndirməlidirlər" və yalnız bundan sonra təşkilat oxşar mövqeləri və baxışları bölüşən bütün dövlətlər üçün açıq olacaq.
7 avqustda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıblar. Sazişdə ölkələrdən birinə edilən hücumun sazişi imzalayan bütün ölkələrə qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.











































