
"Birləşmiş Ştatlar prezidenti D.Trampın xüsusi nümayəndələri S.Uitkov və C.Kuşnerin Moskvada Putinlə ardınca isə Kiyevdə Zelenski ilə görüşü və aparılan danışıqlar ABŞ-İran qarşıdurması fonunda ertələnən danışıqlar prosesinin yenidən canlandırılması deməkdir.
Ardınca D.Trampla V..Putin arasında bir saatdan çox çəkən telefon müzakirələri Moskva-Vaşinqton xəttində diplomatik təşəbbüslərin yenidən aktiv fazaya qədəm qoyması qənaətini yaratsa da, Qərbin proseslərdən kənarda saxlanılmasının müsbət nəticələrə gətirib çıxaracağına şübhələr yaradır. Çünki bunda əvvəlki təmaslarda da Qərbin üzərindən sövdələşmə aparıldığından və Ukraynanın mövqeyi və maraqları nəzərə alınmadığından Ağ Ev uğur qazana bilmədi".
Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Ukrayna və Rusiya arasında sülhə mane olan fundamental məsələlər, onun təklif edilən həlli yolları da prinsip etibarilə dəyişməz qalır:
"Ərazi güzəştləri, etibarlı təhlükəsizlik təminatı Ukraynanın suveren hüquqları ilə bağlı tələb olunanlar demək olar ki, dəyişməz qalır. Doğrudur Tramp daha əvvəlki kimi Kiyevə sərt və açıq təzyiqlər etmir. Lakin elə hal qalmaqdadır. Qərb də ABŞ-ın hərtərəfli dəstəyi olmadan təkbaşına məsuliyyəti öz üzərinə götürmək iqtidarında deyil. Bunun üçün böyük maliyyə və silah dəstəyi vacibdir. Bununla belə Qərbin təhlükəsizlik və mənafelərinin nəzərə alınmaması ciddi səhvdir. Ona görə də ABŞ mütləq məsləhətləşmələr aparmaq zorundadır. Qarşılıqlı hücumların intensiv olaraq davam etməsi onu deməyə əsas verir ki, tərəflər kompromislərə hazır deyillər və Vaşinqton təkbaşına müharibəni durdura bilmir".
Süleyman











































