
Fars körfəzində təxminən 6000 dənizçi gəmilərdə qalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominguez deyib. Onun sözlərinə görə, son iki gündə Hörmüz boğazından keçən bir neçə gəmiyə hücumlar olub.
O, bu həyati əhəmiyyətli dəniz arteriyasındakı gəmilərə edilən son hücumları pisləyib.
Dominguez qeyd edib ki, bu hücumlar Fars körfəzindən təhlükəsiz şəkildə çıxa bilməyən gəmilərdə qalmış təxminən 6000 dənizçinin onsuz da yaşadığı qorxu, qeyri-müəyyənlik və psixoloji stressi daha da artırır.
Qeyd edək ki, iyunun sonlarında, ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasından sonra, IMO dənizçilər üçün təxliyə əməliyyatına başlayıb. Dominguezin 8 iyulda IMO Şurasına etdiyi çıxışında bildirdiyi kimi, bir neçə gün ərzində Fars körfəzindən 2900 dənizçi daşıyan 136 gəmi təxliyə edilib. Lakin iyunun 25-də Oman sahillərində gəmiyə hücum səbəbindən təxliyə dayandırılıb.
Arzu












































