Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və Brüssel xəttində yeni səhifə

Bakı və Brüssel xəttində yeni səhifə


"1 iyul 2026-cı il tarixində Cənubi Qafqaz regionu növbəti dəfə qlobal diplomatiyanın diqqət mərkəzinə çevrilmişdir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər, həm ikitərəfli əlaqələrin gələcəyi, həm də regionun yeni geosiyasi konfiqurasiyası baxımından tarixi əhəmiyyət kəsb edir. Təkbətək və geniştərkibli görüşlərin ardından liderlərin mətbuata verdiyi bəyanatlar tərəfdaşlığın yeni koordinatlarını müəyyən etdi".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O bildirib ki, Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər və verilən bəyanatlar fonunda bu tarixi görüşün əsas tezislərini bir neçə mühüm istiqamətdə qruplaşdırmaq olar:

"Prezident İlham Əliyev öz bəyanatında Azərbaycan ilə Avropa Komissiyası və ümumilikdə Avropa İttifaqı (Aİ) rəsmi dairələri arasında son dərəcə aktiv və dinamik bir mərhələnin yaşandığını vurğulamışdır. Dövlət başçısı bu intensivliyin ikitərəfli etimadı daha da möhkəmləndirdiyini qeyd edərək bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət əməkdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin 40%-dən çoxu məhz Aİ-yə üzv dövlətlərin payına düşür. Bu kontekstdə, tərəflər arasında hüquqi bazanın daha da təkmilləşdirilməsi məqsədilə dayandırılmış yeni Hərtərəfli Saziş. üzrə danışıqların yenidən bərpa ediləcəyi rəsmən elan olundu".

Hakim partiya təmsilçisi qeyd edib ki, görüşün ən diqqətçəkən və mühüm hissəsi regional sülh prosesi ilə bağlı oldu:

"Prezident İlham Əliyev Azərbaycanın öz gücü, hərbi və siyasi yolları ilə suverenliyini bərpa etdikdən sonra Ermənistana sülh təklif etdiyini və artıq sülhün real amilə çevrildiyini diqqətə çatdırdı. Ümumiyyətlə, səfər çərçivəsində verilən bəyanatlar sübut edir ki, Bakı və Brüssel arasındakı münasibətlər artıq sadəcə alqı-satqı platforması deyil; bu, Cənubi Qafqazda dayanıqlı sülhün qarantı, Avrasiya nəqliyyat qovşağının əsas təməli və gələcəyin yaşıl enerji xəritəsini formalaşdıran strateji ittifaqdır".

Anar
Xəbəri paylaş