Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda qırılmayan siyasi tellər nə vəd edir?

Qırğızıstanda qırılmayan siyasi tellər  nə vəd edir?


"Mərkəzi Asiya ölkələrində yerləşən türk dövlətləri arasında çox dərin və mühüm strateji-siyasi tellərin möhkəmlənməsi və sürətlə inkişafı Azərbaycanın Zəfər qazanmasından sonraya təsadüf edir. Bu siyasi reallıqların tələbi idi ki, türk dünyasında yaranan siyasi tellər qardaşlıq tellərinə qədər dərinləşsin".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının toplantıları dünyanın siyasi meydanında yeni bir canlanma yaratdı:

"Azərbaycan Prezidentinin digər ölkə başçıları ilə təkbətək görüşləri diqqət mərkəzində oldu. İstər siyasi davranışları, istərsə də bədən dili və verdiyi siyasi-diplomatik mesajlarla cənab Prezident Şərq məkanında Azərbaycanın mühüm status qazandığını bir daha göstərdi. Ölkə olaraq bu məkanda üstünlüyümüz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat və enerji bağlantılarında yerləşməyimizdən, həmçinin geosiyasi mərkəzlər arasında qazandığımız nüfuzdan irəli gəlir.

İlham Əliyevin praqmatik münasibətlər qurması, müxtəlif güc mərkəzləri ilə xarici siyasətdə balanslı və ədalətli əlaqələr tənzimləməsi Azərbaycanı yalnız regionda deyil, daha geniş Avrasiya diplomatiyasında da diqqətçəkən aktora çevirib. Bişkekdəki toplantılara nəzər saldıqda, artıq bu siyasi tellərin bir-birinə bağlanması və fərqli geosiyasi məkanlar arasında etimad körpülərinin yaradılması diqqət mərkəzində idi".

O qeyd edib ki, Azərbaycanın Şərq məkanında artan diplomatik fəallığı dövlətimizin siyasi nüfuzunun bütün siyasi mərkəzlərdə möhkəmlənməsini vəd edir:

"Sürətlə dəyişən dünyada geosiyasi rəqabətin artdığı, yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə dövlətlərin əsl gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, qura bildikləri siyasi əlaqələrin davamlılığı və etimad yaratmaq bacarığı ilə də ölçülür.
Azərbaycan siyasətinin fəlsəfəsi sadədir: Azərbaycan heç bir geosiyasi qarşıdurmanın əlavəsinə çevrilmədən öz milli maraqlarını müdafiə edən, müxtəlif tərəflərlə dialoq qura bilən müstəqil, qüdrətli və güclü Zəfər ölkəsidir".

Süleyman
Xəbəri paylaş