
Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, , "Böyük Qələbənin varisləri" kitabının müəllifi Fuad Hüseynzadə ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, görüş zamanı tərəflər iki xalq arasında dərin tarixi münasibətlərə əsaslanaraq humanitar və informasiya sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
Söhbət zamanı həmçinin, birgə nəşr layihələrinin başlanması ətrafında da fikir mübadiləsi aparılıb. Səfir Dmitri Pineviç və Fuad Hüseynzadə Minsk ilə Bakı arasında dostluq dialoqunun təşviqində ədəbi diplomatiyanın və media ictimaiyyətinin mühüm roluna xüsusi diqqət yetiriblər.
Süleyman












































