Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Tailand arasında turizm, humanitar əlaqələrin inkişafı baxımından müsbət addım

Azərbaycan və Tailand arasında turizm, humanitar əlaqələrin inkişafı baxımından müsbət addım


15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Tailanda səfər edərkən əvvəlcədən viza əldə etmək zərurətindən azad olunacaqlar.

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Göydəniz Qəhrəmənov məsələ ilə bağlı bildirib ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları Visa on Arrival (gəlişdə viza) imkanından yararlanmaqla Tailand ərazisində 15 günədək qalmaq hüququ əldə edəcəklər:

"Bu qərarı Azərbaycan və Tailand arasında turizm, humanitar və insanlararası əlaqələrin inkişafı baxımından müsbət addımdır. Səfər imkanlarının asanlaşdırılması iki ölkənin vətəndaşları arasında qarşılıqlı təmasların genişlənməsinə və turizm əlaqələrinin daha da inkişafına xidmət edəcək".

Millət vəkili qeyd edib ki, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etməsi onu sevindirir:

"Azərbaycan və Tailand arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm".

Süleyman
Xəbəri paylaş