Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın dörd əsgəri həlak olub

ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın dörd əsgəri həlak olub


İranın cənubuna ABŞ-ın endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı dörd üzvü həlak olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə SEPAH-ın Kermanşah əyalətinin mətbuat xidməti məlumat verib. Həlak olanların İİKK-nın Aerokosmik Qüvvələrindən olduğu bildirilir.

Xatırladaq ki, 1 sentyabrda ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirib. Ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə partlayışlar baş verib. İran isə buna cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyndə ABŞ hərbi bazalarına zərbələr endirib.

Anar
Xəbəri paylaş