
Son günlər ADY-yə vətəndaşlardan Bakı-Tbilisi marşrutu üzrə səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
Newscenter.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına ADY tərəfindən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir.
"Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır. Biletləri yalnız, ADY-nin rəsmi saytı, "ADY Mobile” tətbiqi, dəmiryol kassaları vasitəsilə əldə etməyi tövsiyə edirik",-deyə İdarədən bildirilib.
Süleyman












































