Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb


Səudiyyə Ərəbistanı Azərbaycanda humanitar minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb.

Newscenter.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Salem Əl-Kahtani Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransda bildirib.

"Səudiyyə Ərəbistanı həmçinin Azərbaycana ərazilərinin minalardan təmizlənməsi üçün maliyyə dəstəyi göstərərək əməkdaşlığını genişləndirir", - o qeyd edib.(report)
Xəbəri paylaş