Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin: Ermənistan-Azərbaycan sərhəd məsələləri ekspert qiymətləndirməsi tələb edir

Putin: Ermənistan-Azərbaycan sərhəd məsələləri ekspert qiymətləndirməsi tələb edir


Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı hələlik heç bir sənəd imzalanmayıb. Bu məsələlər ekspert qiymətləndirməsi tələb edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib. Putin deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanla sərhədin müəyyən hissələrini qorumasında israr edir.

“Sərhəd delimitasiyası, sərhəd razılaşması yoxdur. Azərbaycan sərhədin bir hissədən keçdiyinə inanır, Ermənistan isə başqa hissə deyir. Ona görə də orada həqiqi ekspert qiymətləndirməsi tələb edən bir çox məsələ var”, - deyə Putin bildirib.

O, Azərbaycanla Ermənistan arasında müqavilə imzalanana qədər KTMT daxilində bu münasibətlərin necə qurulacağı ilə bağlı sualların qaldığını söyləyib.

Anar
Xəbəri paylaş