
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya dəvət edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Putin Ermənistanın baş naziri Nikol Paşinyanı iki ölkə arasında əməkdaşlığın konkret məsələlərini müzakirə etmək üçün paytaxta dəvət etdiyini bildirib.
“Mən Paşinyanı Moskvaya dəvət etdim ki, onun və bizim mütəxəssislərimizlə rahat oturub hər bir məqamı müzakirə edək. Xüsusi məsələlər var. Məsələn, dəmir yolu və onun inkişafı. Bu cür infrastruktura investisiyalar nəqliyyat həcmindən asılıdır. Nəqliyyat həcmləri varmı? Əgər varsa, istədiyimiz qədər investisiya qoyacağıq. Nəqliyyat həcmləri yoxdursa, investisiya da olmayacaq və inkişaf da olmayacaq”, - deyə o bildirib.
Anar












































