Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənd və Səmərqənd BMT-nin Yaşıl Şəhərlər Şəbəkəsinə qoşulur

Daşkənd və Səmərqənd BMT-nin Yaşıl Şəhərlər Şəbəkəsinə qoşulur


Özbəkistanın Daşkənd və Səmərqənd şəhərləri rəsmi olaraq Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının — FAO-nun Yaşıl Şəhərlər Şəbəkəsinə üzv olublar.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi Komitəsinin mətbuat xidməti məlumat verib.

Sözügedən iki şəhər 20 avqustda Romada yerləşən FAO-nun qərargahında Yaşıl Şəhərlər Təşəbbüsü Katibliyi tərəfindən verilən sertifikatlarda şəbəkənin üzvləri kimi qeyd olunub.

Üzvlük Daşkənd və Səmərqənd üçün şəhərlərin yaşıllaşdırılmasında texniki yardım almağa, mütəxəssislərin potensialını artırmağa və xarici təcrübəni öyrənməyə, digər şəhərlərlə birgə layihələr həyata keçirməyə, şəbəkənin ətraf mühit layihələri üçün resurslar və investisiyalar cəlb etməsinə imkan verəcək.

Şəbəkə şəhər və şəhərətrafı meşələr üçün həllər hazırlayacaq, kənd təsərrüfatını və davamlı bioiqtisadiyyatı dəstəkləyəcək.

Yaxın gələcəkdə FAO Katibliyi Daşkənd və Səmərqənddə ilkin özünüqiymətləndirmə prosesinin aparılması ilə bağlı rəhbərlik təqdim edəcək. Nəticələr şəhərlər üçün ekoloji prioritetləri müəyyən etmək və onlar üçün lazımi texniki dəstəyi inkişaf etdirmək üçün istifadə olunacaq.

Qeyd edək ki, FAO 2020-ci ildə Yaşıl Şəhərlər Təşəbbüsünü başladıb. Onun məqsədi 2030-cu ilə qədər sakinlərin sağlamlığını və rifahını yaxşılaşdırmaq və 1000 şəhərdə ətraf mühiti yaxşılaşdırmaqdır.

Süleyman
Xəbəri paylaş