
Belçika Baş naziri Bart De Vever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən NATO sammitindən sonra ona hədiyyə etdiyi tapançanı polisə təhvil verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Nieuwsblad qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, baş nazir hədiyyədən xəbərsiz olub. Baş nazir bundan yalnız Belçikaya çatdıqdan sonra xəbər tutub.
Qəzetin məlumatına görə, De Vever hədiyyəni aldıqdan sonra nümayəndə heyətinin üzvlərinə bağlamanı təhvil verib və bağlama açılmadan Belçikaya çatdırılıb. Brüsselə çatdıqdan sonra nümayəndə heyəti Ərdoğanın hər kəsə belə bir hədiyyə verdiyi barədə xəbərləri oxuyub.
Hədiyyəni açdıqdan sonra De Vever silahı polisə təhvil verib. Türkiyə prezidentinin baş nazirə verdiyi hədiyyə hazırda hava limanında seyfdədir. Onun taleyi məlum deyil.
Süleyman












































