Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır


2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm hadisələrdən biri kimi qiymətləndirilir.

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Sara Hüseynova deyib. Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar tərəflər arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da inkişaf etdiyini nümayiş etdirdi:

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Azərbaycanda səfərdə olmuşdur. İyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin səfəri isə bu siyasi dialoqun davamlı xarakter aldığını və münasibətlərin strateji əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Bu cür intensiv qarşılıqlı təmaslar əməkdaşlığın yalnız bir sahə ilə məhdudlaşmadığını, enerji, iqtisadiyyat, nəqliyyat, rəqəmsal inkişaf, yaşıl enerji və regional təhlükəsizlik kimi bir çox istiqamətləri əhatə etdiyini göstərir".

Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlardan biridir:

"Xəzər dənizinin zəngin enerji ehtiyatları, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz ixracı və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı, Azərbaycanın Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizlərində oynadığı rol Avropa İttifaqı üçün də xüsusi əhəmiyyət daşıyır".

Anar
Xəbəri paylaş