
Avropa İttifaqı xarici işlər nazirləri Rusiyaya qarşı növbəti, 21-ci sanksiya paketini qəbul edəcəklər.
Newscenter.az TASS-a istinadən bildirir ki, sanksiyalar paketinin 13 iyulda təsdiqlənməsi gözlənilir. Bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro Polşaya səfəri zamanı açıqlama verib.
Nazir bildirib ki, gələn bazar ertəsi qəbul edilməsi planlaşdırılan 21-ci sanksiya paketi Rusiyanın maliyyə sektoruna zərbə vuracaq və enerji gəlirlərini daha da azaldacaq.
Qeyd edək ki, 9 iyunda Avropa Komissiyası əsasən Rusiyanın enerji ixracını və bank sistemini hədəf alacaq 21-ci sanksiya paketinin layihəsini təqdim edib.
Anar












































