Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın İran limanına endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub

ABŞ-ın İran limanına endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub


ABŞ qüvvələrinin İranın cənubundakı Sirik liman şəhərinə endirdiyi zərbələr nəticəsində ən azı üç nəfər dünyasını dəyişib.

Newscenter.az xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Agentliyin yerli hökumət rəsmisinə istinadən verdiyi xəbərə görə, zərbələr zamanı daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bir müddət əvvəl İran mediası İranın Akkala, Bəndər Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Əbu Musa adasında və Buşəhr əyalətinin bəzi yerlərində partlayışlar barədə məlumat vermişdi. Xarici KİV-lər isə dünəndən etibarən ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyatlara başladığını iddia edirlər.

Anar
Xəbəri paylaş