
İsrail Şiə Hizbullah hərəkatının militant qanadı silahsızlaşdırılana və şimali İsrail sakinlərinin təhlükəsizliyi təmin edilənə qədər Livanın cənubundakı təhlükəsizlik zonasından qüvvələrini çıxarmayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib. Onun sözlərinə görə, İsrail dövlətini məhv etməyə çalışan terrorçu Hizbullahın yaratdığı təhdidlərdən şimali İsrail sakinlərini qorumaq haqqları vəzifələridir:
"Biz Livandakı təhlükəsizlik zonasında qalacağıq və Hizbullah bütün Livanda silahsızlaşdırılana və şimali İsrail sakinlərinə qarşı təhdid aradan qaldırılana qədər lazım olduğu qədər orada fəaliyyət göstərəcəyik".
Katzın sözlərinə görə, İsrail Livana girmək üçün heç kimdən icazə istəməyib və Livanda qalmaq üçün də icazə istəməyə ehtiyac duymur.
Anar












































