
Bu ilin sonuna qədər Ermənistanın yeni konstitusiyasının layihəsini dərc ediləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Konkret bir müddət deməyəcəyəm, amma ilin sonuna qədər dərc edəcəyik", - deyə Ermənistanın baş naziri jurnalistlərlə söhbətində bildirib.
O əlavə edib ki, layihə parlament seçkiləri səbəbindən daha əvvəl dərc olunmayıb və sənədlə bağlı müzakirələrin düzgün aparılması üçün Ermənistanın yeni konstitusiyasının layihəsinin dərcinin təxirə salınması qərarı verilib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərti Azərbaycan tərəfindən irəli sürülüb. Çünki keçmiş ana yasa qanununda Azərbaycana qarşı ərazi iddiaları yer alıb.
Süleyman












































