
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 6-da Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlərlə bağlı razılaşmalar əldə edildiyini açıqlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu erməni baş naziri jurnalistlərə müsahibəsində deyib.
"Rusiya Baş naziri ilə açıq, səmimi və dostcasına müzakirə apardım. Bir sıra razılaşmalar əldə edildi. Bu razılaşmaların təfərrüatlarını hazırda açıqlamayacağam, əksinə, hər şeyi özünüz görə bilməyiniz üçün onların gerçəkləşməsini gözləyəcəyəm", - deyə o,bildirib.
Qeyd edək ki. əvvəllər aşkar edilmiş qanun pozuntularına görə Rusiya tərəfi mineral su və spirtli içkilərdən tutmuş meyvə-tərəvəzə qədər bütün Ermənistan məhsullarının idxalını məhdudlaşdırmışdı.
Süleyman












































