
Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbər müavini Sun Haiyan ilə görüş keçirilib:
"Görüşdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın inkişafı, ölkələrimizin və hakim partiyalarımız arasındakı yüksələn əməkdaşlıq münasibətləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Görüşdə Azərbaycanın ÇXR-dəki Fövqəladə və Səlahiyyətli Səfiri Bünyad Hüseynov da iştirak edirdi".
Deputat deyib ki, görüşün sonunda Sun Haiyana Azərbaycan xalqının milli-mədəni dəyərlərini əks etdirən xatirə hədiyyəsi təqdim edilib:
"İnanırıq ki, bu görüş dostluq və strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək".

Süleyman












































