
NATO, Rusiya qoşunlarının mümkün hərəkətlərini izləmək üçün Amerikanın Palantir şirkətinin süni intellektini (Sİ) özündə birləşdirən Maven platformasından istifadə edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, artıq Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən istifadə edilən Maven, NATO ölkələrindən məlumatları birləşdirir və bu da alyansın müdafiə planlarındakı zəifliklərin müəyyən edilməsinə və gələcək qoşun yerləşdirilməsi ilə bağlı daha məlumatlı qərarların qəbul edilməsinə imkan verir.
Qəzet yazır ki, bu, NATO-nun şərq cinahı boyunca qüvvələrin yerləşdirilməsinin xəritəsini tərtib edəcək, Rusiya qoşunlarının hərəkətlərini ətraflı izləyəcək, rəsmiləri Moskvanın alyansın cavab tələb edən hərəkətləri ilə bağlı narahatlıqlar barədə xəbərdar və zərbələr üçün hədəfləri müəyyən edəcək.
Anar













































