Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Surqut şəhərində hicablı xanıma hücum edilib

Rusiyanın Surqut şəhərində hicablı xanıma hücum edilib


Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsinin Surqut şəhərində azyaşlı övladı ilə küçədən keçən hicablı xanıma hücum edilib.

Newscenter.az-a Surqutda yaşayan soydaşlarımızın verdiyi xəbərə görə, hicablı xanıma və övladına hücum edən şəxs eyni cinsin nümayəndəsi olub və o, öz həmcinsinə olduqca aqressiv davranaraq təhqiramiz sözlər deyib. Hücum edən xanım "Surqut İslam bölgəsi deyil" deyərək, hicablı xanımı videoya çəkməyə başlayıb. Daha sonra isə qadının hicabını cırmağa çalışıb. Kənardan bu hadisəni müşahidə edən şəxslərin müdaxiləsi nəticəsində hicablı xanımı onun əlindən almaq mümkün olub. Hücum edən xanım hadisə yerindən qaçıb.

Yerli ictimai qruplarda və sosial mediada yayılan məlumatlara görə, hücumu törədən şəxs hələ də məsuliyyətə cəlb edilməyib.

Süleyman
Xəbəri paylaş