Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin turizm gəlirləri 16 milyard dollara çatır

Türkiyənin turizm gəlirləri 16 milyard dollara çatır


Türkiyənin turizm gəliri ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 15.865.339.000 dollara çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb.

Ziyarətçilərdən əldə edilən turizm gəliri 15.655.868.000 dollar, transfer sərnişinlərindən əldə edilən turizm gəliri isə 209.471.000 dollar olaraq hesablanıb. Turizm gəlirinin 15,6 faizi xaricdə yaşayan və ölkəni ziyarət edən vətəndaşlardan əldə edilib.

Ölkədən gedən ziyarətçilərin sayı bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalaraq 15.581.014 nəfərə çatıb. Bu ziyarətçilərin 16,2%-i (2.527.687) xaricdə yaşayan Türkiyə vətəndaşları olub.

Bu rübdə Türkiyədə qalan ziyarətçilərin orta gündəlik xərcləri 113 dollar olub. Xaricdə yaşayan Türkiyə vətəndaşlarının orta gündəlik xərcləri 79 dollar olub.

Süleyman
Xəbəri paylaş