
Qazaxıstan Prezidenti hesab edir ki,
Mərkəzi Asiyanın qlobal proseslərdə rolu durmadan artır və regionun səsi dünya səhnəsində daha aydın və qətiyyətli olur.
Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə deyib.
"Bunun bariz nümunəsi Qırğızıstanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü (2027-2028-ci illər üçün) seçilməsidir. Fürsətdən istifadə edərək, Qırğızıstan Prezidenti, hörmətli Sadır Japarovu və bütün qırğız xalqını bu tarixi nailiyyət münasibətilə təbrik edirəm", - deyə Prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, inteqrasiyanın bütün əsas məsələləri ötən il Daşkənddə keçirilən görüşdə ətraflı müzakirə olunub.
Süleyman












































