
Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş keçirilməsi gözlənilir.
Newscenter.az TASS-a istinadən xəbər verir ki. bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdiyev "İzvestiya"ya bildirib. Üçtərəfli formatda keçirilməsi nəzərdə tutulan görüş Çinin Şençjen şəhərində keçiriləcək
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu (APEC) sammiti çərçivəsində baş tuta bilər.
"Konkret görüşləri müzakirə etmək hələ tezdir. Lakin, mənim fikrimcə, belə üçtərəfli təmas çox faydalı olardı. Praktik baxımdan bu, tamamilə mümkündür, çünki aparıcı dövlətlərin üç lideri təyin olunmuş məkanda gözlənilir", - deyə o bildirib.
Anar












































