Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqu dərinləşdirir

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqu dərinləşdirir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir. Səfər çərçivəsində Azərbaycan Prezidenti həmçinin, Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak edir.

Sözügedən görüşün əhəmiyyəti və Azərbaycanın orada təmsil olunmasına münasibət bildirən politoloq Arzuman Muradlı Newscenter.az-a deyib ki, belə bir formatda Bakının təmsil olunması Azərbaycanın regional siyasəti və xarici iqtisadi əlaqələri baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu platforma ilk növbədə regional əməkdaşlığın gücləndirilməsinə yol açır:

"Bildiyiniz kimi, Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit qovşağı rolunu oynayır. Bakı limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər logistika layihələri Azərbaycanın Mərkəzi Asiyada əhəmiyyətini artırır. Nəqliyyat və logistika əlaqələrinin inkişafı öz növbəsində iqtisadi və investisiya əməkdaşlığının inkişafına da təkan vermiş olur. Bütün bunları isə öz növbəsində Azərbaycanla Mərkəzi Asiya respublikaları arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır".

Arzuman Muradlının sözlərinə görə, bu platforma öz növbəsində Türk dünyasında inteqrasiyanın dərinləşməsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərir:

"Həmçinin, bu cür görüşlər Azərbaycanın Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu gücləndirir".

Süleyman

Xəbəri paylaş