Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail səfiri Nizami Gəncəvi Muzeyini ziyarət edib

İsrail səfiri Nizami Gəncəvi Muzeyini ziyarət edib


.İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Nizami Gəncəvi Muzey Məqbərəsini ziyarət edib.

Ziyarət çərçivəsində qonağa dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsi, muzey, məqbərə kompleksinin tarixi və ölkəmizin mədəni irsinin qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Səfir muzeylə yaxından tanış olub, Nizami Gəncəvinin yaradıcılığının bəşəri dəyərlərə verdiyi töhfələri yüksək qiymətləndirib.
Xəbəri paylaş