
Serbiya Prezidenti Aleksandr Vuçiç Vladimir Zelenskini 8 avqustda Belqradda qəbul edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Serbiya liderinin mətbuat xidməti məlumat yayıb.
"Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç avqustun 8-də Serbiyaya rəsmi səfər edəcək Vladimir Zelenskini qəbul edəcək", - deyə açıqlamada bildirilir.
Vuçiç daha əvvəl Ukrayna ilə əməkdaşlıqdan imtina etmək üçün heç bir səbəb görmədiyini bildirmişdi. 15 iyulda Serbiya lideri Kiyevdə keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edib. 20 mayda Vuçiç və Zelenski telefonla Belqrad və Kiyev arasında azad ticarət sazişinin bağlanması perspektivlərini müzakirə ediblər. Daha sonra Serbiyanın Baş naziri Djuro Macut Balkan respublikasının Ukrayna şirkətləri üçün logistika mərkəzinə çevrilə biləcəyini irəli sürdü.
Anar











































