Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Biz susa bilmərik!" - Qazilər və aztəminatlı ailələr David Seliverstova dəstək üçün müəssisənin qarşısına toplaşdı

"Biz susa bilmərik!" - Qazilər və aztəminatlı ailələr David Seliverstova dəstək üçün müəssisənin qarşısına toplaşdı


Bu gün bir qrup qazi və aztəminatlı ailə David Seliverstova qarşı aparıldığını bildirdikləri qarayaxma kampaniyasına etiraz əlaməti olaraq onun fəaliyyət göstərdiyi müəssisənin qarşısına toplaşıb.

Newscenter.az-ın məlumatına görə, Sonxeber.az xəbər verir ki, toplaşanlar əllərində müxtəlif şüarlar tutaraq, haqqında yayılan məlumatlarla razı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, illərdir ehtiyacı olan ailələrə, qazilərə, şəhid ailələrinə və gənclərə dəstək göstərən bir insanın ictimaiyyət qarşısında bu cür hədəfə çevrilməsi onları narahat edir.

Etirazçılar çıxışlarında bildiriblər ki, insan haqqında hökm verməzdən əvvəl faktlara və hüquqi araşdırmanın nəticələrinə hörmətlə yanaşmaq lazımdır. Onlar cəmiyyəti təsdiqlənməmiş məlumatlara əsaslanaraq nəticə çıxarmamağa çağırıblar.

Toplaşanların sözlərinə görə, "yaxşı gündə yanında olub, çətin gündə susmaq vicdana sığmır". Onlar bu səbəbdən öz mövqelərini açıq şəkildə ifadə etmək qərarına gəldiklərini bildiriblər.

Aksiya iştirakçıları məsələ ilə bağlı obyektiv araşdırmanın aparılacağına ümid etdiklərini vurğulayaraq, həqiqətin yalnız hüquqi müstəvidə müəyyən edilə biləcəyini qeyd ediblər.
Xəbəri paylaş