Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Rəşad Məmmədov ilk görüşünü Türkiyə səfiri ilə etdi

Səfir Rəşad Məmmədov ilk görüşünü Türkiyə səfiri ilə etdi


Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunan Rəşad Məmmədov ilk nəzakət görüşünü Türkiyənin bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ufuk Ulutaş ilə keçirib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı səfir Rəşad Məmmədov özünün facebook sosial şəbəkə hesabında paylaşıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı və qardaşlıq münasibətlərinin Özbəkistanla çoxtərəfli əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi niyyətini bildiriblər.

Süleyman
Xəbəri paylaş