Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Mahir Süleymanlı seçicilərlə görüşüb

Deputat Mahir Süleymanlı seçicilərlə görüşüb



Milli Məclisin deputatı Mahir Süleymanlı parlamentin yay tətili müddətində də seçiciləri ilə görüşlərini davam etdirir.

Newscenter-az xəbər verir ki, millət vəkilinin bu dəfəki görüşü Şabran rayonunun Aygünlü kənd sakinləri ilə olub. Deputat kənd sakinlərinin problem və qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələlərin həllinə deputat səlahiyyətləri çərçivəsində köməklik göstərəcəyini deyib.

Millət vəkili həlli digər müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə mümkün olan məsələləri də aidiyyatı qurumlar qarşısında qaldıracağını deyib

Süleyman
Xəbəri paylaş