Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya qeyri-ciddi obraz yaratmaqdan başqa heç nəyə nail ola bilmir

Rusiya qeyri-ciddi obraz yaratmaqdan başqa heç nəyə nail ola bilmir


"Son dövrlərdə Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində dövlətimizə qarşı qərəzli mövqe ortaya qoyan verlişlər yenidən fəallaşıb. Rusiya hər zaman kütləvi informasiya vasitələrindən təbliğat və təsir mexanizmi kimi istifadə edən ölkələrdən olub. Müəyyən dövrlərdə bu təsir etmə mexanizmi öz bəhrəsini versə də, informasiya əldə etmək əlçatanlığı hazırda Rusiya dövlətinin düşdüyü durumun nə qədər gülünc və zəif olduğunu ortaya qoyur".

Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, Rusiya təbliğat maşınının ölkəmizə qarşı vaxtaşırı qarayaxma kampaniyası aparması artıq sistematik xarakter daşıyır və Rusiya dövlətinin rəsmi dairələrinin ifadə edə bilmədikləri fikirlər ictimai fikrə və dövlətimizə məhz bu təbliğat ruporları vasitəsilə çatdırılır:

"Bununla da Rusiya bir neçə məqsədini ortaya qoyur. Birincisi bu verlişlər adətən daxili auditoriyaya hesablanır. Daxili ictimai fikirdə rəy formalaşdırılır ki, Rusiya əvvəlki gücünü və nüfuzunu qoruyub saxlayır və postsovet dövlətlərinə təsir etmək imkanlarına malikdir. İknincisi, bu tipli verlişlər istər Azərbaycana, istərsə də digər postsovet dövlətlərinə təsir mexanizmi kimi düşünülür. Ancaq real təsir vasitələrinin mövcud olmaması Azərbaycan xalqında əks effekt-ikrah və gülünc hissi yaradır. Üçüncüsü, bu cür verlişlər digər böyük siyasi aktorlar üçün nəzərdə tutulur. Yəni Rusiya hələ ayaqdadır və yaxın regionlara nəzarət hələ də onun əlindədir. Bu halda da Rusiya qeyri-ciddi obraz yaratmaqdan başqa heç nəyə nail ola bilmir".

Elçin Ağamalı qeyd edib ki, regionumuzda 200 ildən artıq bir dövrdə müxtəlif adlar və vasitələrlə Rusiyanın imperialist maraqları qorunub və təmin edilib:

"Hazırda Cənubi Qafqaz bölgəsində durum tamamilə dəyişib və regionun Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşması istiqamətində real addımlar atılır. Regionun yenidən transformasiyasının müəllifi məhz Azərbaycan olduğu üçün Rusiya təbliğat maşını da dövlətimizə qarşı öz ölkəsinin imperialist maraqlarından irəli gələn siyasi mövqeni nümayiş etdirir. Azərbaycanın malik olduğu güc və iradə rəsmi Moskvanı dövlətlərarası münasibətlərdə bərabərhüquqlu mövqe ortaya qoymağa məcbur etdiyi üçün Kreml öz gerçək simasını təbliğat maşını vasitəsilə ortaya qoyur. Rusiyanın imperialist düşüncə tərzi dəyişmədiyi müddətcə biz bu cür yanaşmalarla gələcəkdə də qarşılaşacağıq. Rusiya tele və internet kanallarında dövlətimiz haqqında nə qədər çox və sistemli mənfi verlişlər gedərsə, bu bizim Rusiyadan o qədər çox uzaqlaşmağımızın göstəricisi olacaqdır. Azərbaycan artıq orta güc statusuna malik iradəli dövlətdir və bu dünyanın əsas güc mərkəzləri tərəfindən etiraf olunmuş bir reallıqdır".

Süleyman
Xəbəri paylaş