
"Azərbaycanda turizmin inkişafında yeni dövr başlayacaq. Həm dövlətin ortaya qoyduğu iradə, həm də turizm şirkətlərinin sayının və səmərəli fəaliyyətinin genişlənməsi, eləcə də respublikanın müxtəlif bölgələrində turizm istirahət mərkəzlərinin tikib istitifadəyə verilməsi belə bir əminlik yaradır. Bütün bunlara turizmin inkişafına dair Dövlət Proqramını da əlavə etsək, irəlidə turizmin inkişafı baxımından ciddi uğurlara şahidlik edəcəyimizi deyə bilərəm".
Bunları Newscenter.az-a iqtisad elmləri doktoru Arzuman Muradlı Prezident İlham Əliyev tərəfindən 20 avqust 2026-cı ildə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı şərh edərkən deyib. O bildirib ki, Proqramın məqsədi təkcə turist sayını artırmaq deyil, turizmi daha yüksək əlavə dəyər yaradan, regionlara yayılan və özəl investisiyalar üçün cəlbedici sahəyə çevirməkdir. Arzuman Muradlı hesab edir ki, Dövlət Proqramının uğurlu icrası nəticəsində turizm gəlirləri ciddi arta bilər:
"2030-cu ilədək turizm üzrə daxilolmaların 2025-ci ildəki 3,3 milyard manatdan 6,3 milyard manata çatdırılması hədəflənir. Düşünürəm ki. ölkəyə xarici turist gətirmək daha asan və ucuzlaşdırılacaq. Çarter reyslərinə, əlavə müntəzəm aviareyslərə və Azərbaycana xarici turist gətirən turoperatorlara subsidiya mexanizmləri tətbiq edilə bilər ki. bu da nəticə etibarilə Azərbaycanı turizm destinasiyası kimi daha cəlbedici və alçatan edə bilər. Paralel olaraq viza rejimi yumşaldıla bilər".
Arzuman Muradlı onu da deyib ki, Dövlət Proqramı regionlarda turizmin canlanması və yeni turizm istirahət mərkəzlərinin açılmasına, iş adamlarını mehmanxana, otellər şəbəkəsinin yaratmağa təşviq edə bilər.
Süleyman











































