Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alamniyanın qaz ehtiyatları azalıb

Alamniyanın qaz ehtiyatları azalıb


Almaniyadakı qaz saxlama qurğuları 2011-ci ildə qeydiyyata alınmağa başlanandan bəri ən az dolub.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Almaniya Yeraltı Qaz Saxlama Operatorları Assosiasiyası (INES) məlumat verib. Qurumdan bildirilib ki, hazırkı saxlama tutumu səviyyəsi Almaniyada ilin bu vaxtı üçün indiyə qədər qeydə alınan ən aşağı səviyyədir.

Qaz anbarının tutumu hazırda 49% doludur. 2025-ci ildə isə bu rəqəm 67% idi. Bu vaxta qədər sifariş edilmiş tutum qışa qədər tam dolsa belə, yığılmış qaz həcmi həddindən artıq aşağı temperaturlar zamanı tədarükü tam ödəmək üçün kifayət etməyəcək. Bu zaman qazın alış qiyməti çox vaxt qış satış qiymətindən çox olur. Buna görə də şirkətlərin qazı anbara vurmaq üçün iqtisadi stimulu azdır.

Anar
Xəbəri paylaş