Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bunu yalnız İlham Əliyev bacarır

Bunu yalnız İlham Əliyev bacarır


“Gürcü suyu içirsiniz, bir Azərbaycan suyundan da için, özümlə “İstisu” gətirmişəm, bu Naxçıvanın sularıdır, bu “İstisudur”. Cənab İlham Əliyevin olduqca möhtəşəm və möhtərəm bu ritorikasının arxasında dərin fəlsəfi məna dayanır.

Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. Onun sözlərinə görə, Türk-azərbaycanlı olan Məsud Pezeşkiana anladır ki, masada Naxçıvanın, Kəlbəcərin, Azərbaycanın öz milli neməti var:

"Bu, sadəcə su deyil, milli koddur, milli atributdur, milli yaddaşdır. “İstusu” isti münasibətlərin rəmzidir. Su, aydınlıqdır, Qarabağın dilbər guşəsindən çıxan saf suyu içmədən saf söhbətlər etmək olmaz".

Vaqif Abdullayev qeyd edib ki, həqiqətən əsil diplomatik jest olan bu hal həm də peşəkar təqdimatdır:

"Bəlkə də minlərlə iş adamı milyonlar xərcləyib reklam etsə də, marketinqlər ən bahalı layihə hazırlasa da, “İstisu”nu bu cür mükəmməlcəsinə təqdim və təbliğ edə bilməzlər.

Bunu yalnız İlham Əliyev bacarır. Çünki, o hər bir sahədə peşəkardır, fitri istedad sahibidir.Tanrı Ona misligörünməyən bir bacarıq verib".

Süleyman
Xəbəri paylaş