
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Pakistan XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Nazirlər regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Tərəflər Pakistan və Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrini təsdiq edib, eləcə də ikitərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliklərini ifadə ediblər. Biz həmçinin regional və beynəlxalq hadisələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq", - o vurğulayıb.












































