
"Dünyanın sülh və təhlükəsiz şəraitində yaşamasından danışarkən Qəzzanı və Livanı da unutmamalıyıq".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşündə çıxışı zamanı deyib. Türkiyə lideri bildirib ki, İsrailin Qəzzada 74 min insanı qətlə yetirməsinə dünya səssiz qalır:
"Türkiyə olaraq İsrailin tezliklə Qəzzada həyata keçirdiyi qətliamı dayandırmasını tələb edirik. Biz bütün münaqişələr, müharibələr kimi Yaxın Şərqdə davam edən münaqişələrin də sülh yolu ilə, danışıqlarla başa çatmasını arzu edir və bu istiqamətdə səylərimizi sürdürürük".
Süleyman












































