
Belarusun mərkəzləşdirilmiş səhiyyə informasiya sistemi BMT tərəfindən "Elektron səhiyyə" kateqoriyasında ən yaxşı 20 qlobal layihə arasında yer alıb.
Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, sistem Səhiyyə Nazirliyinin sifarişi ilə Rəqəmsal Transformasiya Agentliyi tərəfindən hazırlanıb.
Belarus layihəsi öz seqmentində 100-dən çox digər təşəbbüsü üstələyib. Müsabiqədə 1500-dən çox iş iştirak edib. Nəticə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibinin sertifikatı ilə təsdiqlənib.
BMT və Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri sistemin arxitekturasını, təhlükəsizliyini və miqyaslılığını yüksək qiymətləndirərək, onun qlobal təcrübələrə uyğunluğunu qeyd ediblər. Bu, Belarus tibbi İT həllərinin MDB, AAİİ və BRİKS ölkələrinə ixracına yol açır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti bildirib ki, dünyanın ən yaxşı 20 layihəsi arasında yer alması sistemin rəqabət qabiliyyətini və yerli inkişaf etdiricilərin potensialını təsdiqləyir.
Anar












































