Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzər dənizində sabitliyi pozmaq istəyən qüvvələrə ünvanlanmış mesaj

Xəzər dənizində sabitliyi pozmaq istəyən qüvvələrə ünvanlanmış mesaj


"20-ci əsrin sonlarında olduğu kimi Xəzər dənizi yenidən dünyanın siyasi və iqtisadi gündəmində öz aktuallığını artırmaqdadır. Beynəlxalq ticarət maşurtlarının diversifikasiyası, təchizat zəncirində baş verən gərilmələr və qeyri-məçhul situasiyalar tədarükçiləri alternativ variantlar fikirləşməyə məcbur edir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, bu səbəbdən Transxəzər regionu dünya ticarətinin ən böyük kapitalını özündə cəmləşdirən qərb yarımkürəsinin diqqətini cəlb edir:

"Bura Orta Dəhlizin mühüm hissəsidir. Təbii ki, böyük perspektivlər olduğu yerdə maraqlar toqquşması da qeydə alınır. Belə olduğu təqdirdə riskləri minimallaşdırmaq və təhlükəsizlik zəmanəti formalaşdırmaq zərurətdir.

Bu mənada cənab Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrini ziyarət etməsi, yeni və olduqca müasir sistemlərə baxış keçirməsi məhz qeyd etdiyimiz təhlükəsizlik qayğılarına bir növ qarantorluq missiyasının göstəricisidir".

O qeyd edib ki, ölkəmiz həm şaxələndirilmiş təchizat zənciri formalaşdırır, həm də etibarlı təhlükəsizlik mühiti yaradır:

"Bu isə tədarükçülər üçün ən prioritet məsələdir. Azərbaycan uzun müddət müharibə şəraitində yaşadığı üçün Hərbi Dəniz Qüvvələrinin maddi texniki bazasının inkişaf etdirilməsi digər qoşun növlərinə nəzarən müəyyən qədər sərhədləndirilmişdi. Buna sədəb mövcud vəsaitin böyük hissəsinin məhz cəbhə istiqamətinə cəmləşdirilməsi idi. Lakin indi proses tamamilə balanslaşdırılıb və donanmamız sürətli yenilənmə dövrünü yaşayır".

Pərviz Mirizadı qeyd edib ki, ölkə rəhbərinin ziyarəti həmçinin Xəzər dənizində sabitliyi pozmaq istəyən qüvvələrə də ünvanlanmış mesaj idi:

"Donanmamız Xəzərdə yarana biləcək bütün ssenarilərə hazırdır".

Süleyman
Xəbəri paylaş