Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən Azərbaycana ixrac niyə azalıb?

Türkiyədən Azərbaycana ixrac niyə azalıb?


Türkiyə İxracatçılar Şurasının (TİM) məlumatına görə, cari ilin yanvar-avqust aylarında Türkiyədən Ermənistan, Gürcüstan, Suriya, Bolqarıstan və İrana ixrac artsa da, lakin İraq, Yunanıstan və Azərbaycana ixrac azalıb. Bəs görəsən bunun səbəbi nədir?

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən iqtisad elmləri doktoru Arzuman Muradlı bunun bir sıra amillərlə bağlı olduğunu deyib. Onun qənaətincə, əsas səbəblərdən biri Azərbaycanda daxili tələbin zəifləməsi və idxalın azalmasıdır. Arzuman Muradlı diqqətə çatdırıb ki, 2026-cı ilin ilk 4 ayında Azərbaycanın ümumi idxalı da əvvəlki ilin eyni dövrü ilə müqayisədə aşağı düşüb:

"Digər tərəfdən Türkiyə məhsullarının qiymət rəqabəti zəifləyib. Yəni, Türkiyədə yüksək inflyasiya və istehsal xərcləri bəzi məhsulları Azərbaycan bazarında daha bahalı edib. Araşdırmalar da Türkiyədə inflyasiya və real məzənnənin ixraca mənfi təsir göstərə bildiyini göstərir. Bunun özü də Türkiyədən Azərbaycana ixracın zəifləməsinə təsir göstərən amillərdəndir. Bu gün Çin və digər Asiya istehsalçılarının malları olan tekstil, hazır geyim, mebel və bəzi sənaye məhsulları daha ucuz başa gələrək alternativlər sırasında Türkiyənin payını sıxışdırır. Tekstil və geyimdə də konkret geriləmə var. Məsələn, Türkiyənin Azərbaycana tekstil ixracı 2026-cı ilin yanvar-fevralında 5,8% azalıb. Türkiyənin Azərbaycana mebel ixracı isə 2025-ci ildə 9,8% azalaraq 136,8 milyon dollara düşüb".

Məlumat üçün qeyd edək ki, Türkiyənin qonşu ölkələrə ixracı yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 18,2 milyard dollara çatıb. Bu dövrdə Azərbaycana ixrac 1.541.916.000 dollar təşkil edib.

Süleyman
Xəbəri paylaş