Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda azərbaycanlıların "Qadınlar Cəmiyyəti" yaradılıb

Gürcüstanda azərbaycanlıların "Qadınlar Cəmiyyəti" yaradılıb


Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Laqodexi rayonunun Qabal kəndində qadınların ictimai fəallığının artırılması və həmrəyliyinin gücləndirilməsi məqsədilə "Qadınlar Cəmiyyəti" yaradılıb.

Newscenter.az-ın məlumatına görə, "Report"un Gürcüstan bürosu xəbər verir ki, təşəbbüs Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Qadınlar Cəmiyyəti"nin üzvləri tərəfindən irəli sürülüb.

Təşkilati məsələlərlə bağlı keçirilən seçim nəticəsində Qabal, Qaracalar, Gəncəli və Uzuntala kəndlərini təmsil edən 13 nəfərlik heyət formalaşdırılıb.

Qabal mahalı üzrə "Qadınlar Cəmiyyəti"nin rəhbəri Tamilə Vəliyeva seçilib.

Yeni yaradılan cəmiyyətin əsas məqsədləri arasında qadınları bir araya gətirmək, onların ictimai fəallığını artırmaq, təcrübə və bilik mübadiləsini gücləndirmək, ehtiyacı olan ailələrə dəstək göstərmək, qadınların və gənclərin maarifləndirilməsinə töhfə vermək, yerli icmanın inkişafında qadınların rolunu artırmaq yer alır.
Xəbəri paylaş