Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Prokurorluqda mediatorlar üçün konfrans keçirilib

Baş Prokurorluqda mediatorlar üçün konfrans keçirilib


11 sentyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediatorların fəaliyyətində hüquqpozmalar, etik davranış, nüfuzdan sui-istifadə və dələduzluq riskləri” mövzusunda konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə 170-ə yaxın mediator iştirak edib.
Konfransın əsas məqsədi mediatorların peşə fəaliyyəti zamanı yarana biləcək hüquqi və etik risklərin müzakirəsi, həmin risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması, eləcə də qanunvericiliyin tələblərinə və etik davranış standartlarına riayət olunmasının təşviqi olub.

Konfrans çərçivəsində mediasiya haqqında qanunvericiliyin tətbiqi, inzibati və cinayət məsuliyyəti məsələləri, mediasiya prosesinin rəqəmsallaşdırılması, yetkinlik yaşına çatmayanların və qadınların hüquqlarının müdafiəsi, məişət zorakılığı hallarının aşkar edilməsi, mediatorların etik davranış qaydaları və vətəndaşlarla münasibətləri, həmçinin nüfuzdan sui-istifadə və dələduzluq riskləri müzakirə edilib.

Tədbirin praktiki hissəsində mediatorların gündəlik fəaliyyətində qarşılaşdıqları hüquqi və etik situasiyalar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda mediasiya institutunun səmərəli fəaliyyətinin təmin edilməsi baxımından mediatorların peşə bilik və bacarıqlarının davamlı artırılmasının, qanunvericiliyin tələblərinə və etik davranış prinsiplərinə riayət olunmasının, habelə bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Süleyman
Xəbəri paylaş