Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən Azərbaycana ixrac azalıb

Türkiyədən Azərbaycana ixrac azalıb


Türkiyənin qonşu ölkələrə ixracı yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 18,2 milyard dollara çatıb.

Newscenter.az xəbər verir ki, Türkiyə İxracatçılar Şurasından (TİM) toplanan məlumatlara görə, Türkiyənin ixracı bu ilin yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 177,9 milyard dollardan 185 milyard dollara yüksəlib.

Eyni dövrdə Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstan da daxil olmaqla 8 qonşu ölkəyə ümumi ixrac da artıb. Bu dövrdə Türkiyənin qonşu ölkələrə ixracı 2,6 faiz artaraq 17.762.593.000 dollardan 18.226.225.000 dollara yüksəlib. Beləliklə, bu ölkələrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 463,6 milyon dollar artıb.

Yanvar-avqust ayları arasında qonşu ölkələr arasında ən yüksək ixrac həcmi İraqa olub və ümumilikdə 5.758.899.000 dollar təşkil edib.

Sonrakı yerləri 3.439.040.000 dollarla Bolqarıstan, 2.293.038.000 dollarla Yunanıstan, 1.949.857.000 dollarla Gürcüstan, 1.675.429.000 dollarla Suriya, 1.566.709.000 dollarla İran və 1.541.916.000 dollarla Azərbaycan tutur.

Eyni dövrdə Ermənistana ixrac 1.336.000 dollar təşkil edib.

Dəyər baxımından İraq, Bolqarıstan, Yunanıstan və Gürcüstan Türkiyənin qonşuları arasında ən böyük ixrac bazarları kimi seçilib. Yanvar-avqust dövründə bu dörd ölkəyə ümumi ixrac 13.440.834.000 dollara çatıb.

Bu dövrdə səkkiz qonşu ölkədən beşinə ixrac artıb, üçünə ixrac isə azalıb. Ermənistan, Gürcüstan, Suriya, Bolqarıstan və İrana ixrac artıb, İraq, Yunanıstan və Azərbaycana isə azalıb.

Süleyman
Xəbəri paylaş