Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil işçiləri üçün peşəkar inkişaf təlimi keçirilib

Təhsil işçiləri üçün peşəkar inkişaf təlimi keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təhsil işçiləri üçün peşəkar inkişaf təlimi keçirilib.

Newscenter.az xəbər verir ki, təlimdə BŞTİ əməkdaşları, ümumi təhsil müəssisələrinin direktor müavinləri və müəllimlər iştirak ediblər.

Təlim çərçivəsində effektiv kommunikasiya, işgüzar ünsiyyət, korporativ mədəniyyəti, strateji planlaşdırma və digər aktual məsələlər müzakirə olunub. İştirakçılara müasir kommunikasiya alətlərindən səmərəli istifadə, rəsmi yazışmalarda dil normalarının tətbiqi, sosial media hesablarının peşəkar idarə olunması, eləcə də strateji hədəflərin müəyyənləşdirilməsi və icra prosesinin monitorinqi ilə bağlı məlumat verilib.

Təlim zamanı “İşgüzar Azərbaycan dili: rəsmi yazışmalar və sosial media hesablarının idarə olunması”, “2026–2027-ci tədris ili üzrə strateji matrisin hazırlanması, həyata keçirilməsi və monitorinqi” və “Təhsilin idarə edilməsi üzrə simulyasiya” mövzularında təqdimatlar keçirilib. Mövzular üzrə praktik nümunələr təqdim olunub, fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimin əsas məqsədi təhsil işçilərinin peşəkar kompetensiyalarının inkişafına, idarəetmə, planlaşdırma, qərarvermə və kommunikasiya bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərməkdən ibarətdir.

Tədbirin sonunda intellektual oyun keçirilib. Oyunda fərqlənən iştirakçılar diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş